Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail HƏMAS-ı təhdid etdi

İsrailin baş naziri Binyamin Netanyahu sərhəd yaxınlığında kütləvi iğtişaşlar dayandırılmayacağı təqdirdə Qəzza zolağına zərbə endiriləcəyi ilə HƏMAS təşkilatını hədələyib.

Bizimyol.info-un Oxu.Az-a istinadən verdiyi xəbərə görə, təhdid cümə günü baş verən hadisələrlə bağlıdır. Belə ki, etiraz aksiyası zamanı bir neçə fələstinli ayırıcı səddi qıraraq İsrail hərbçilərinin mövqelərinə hücum edib, lakin cavab atəşi ilə öldürülüblər.

“Biz artıq başqa tərzdə cavab verməyə və sarsıdıcı zərbələr endirməyə çox yaxınıq. HƏMAS-ın şüuru varsa, iğtişaşları dərhal dayandırmalıdır”, - Netanyahu bazar günü Nazirlər kabinetinin iclasında bildirib.

Fələstin anklavında hərbi əməliyyatların aparılmasının mümkünlüyü barədə İsrailin müdafiə naziri Avqidor Liberman da söz açıb.

Son xəbərlər
Bütün xəbərlər »