Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü

Avstraliyanın Kvinslend ştatında kenquru üç nəfərdən ibarət ailəni döyüb.

Bizimyol.info Oxu.Az-a istinadla xəbər verir ki, döyülənlərdən ikisi xəstəxanaya yerləşdirilib.

Zərərçəkən Linda Smit tibb işçilərinə bildirib ki, həyat yoldaşı ilə vəhşi təbiətdə yaşayan kenqurulara qayğı göstərir. Bu dəfə də Lindanın həyat yoldaşı kenqurunu yemləmək istəyib, lakin heyvan ona hücum edib. Ona yardıma gələn qadınla oğlu da xəsarət alıblar.

64 yaşlı Linda Smitin qabırğaları sınıb. Həmçinin onun döş qəfəsi də zədələnib. Qadın hazırda xəstəxanadadır, onun üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Smit qeyd edib ki, o heç zaman belə aqresiv kenqurularla rastlaşmayıb.

Son xəbərlər
Bütün xəbərlər »