Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada 2 uşaq minaya düşərək ölüb

Suriyanın cənubunda yerləşən Deraa əyalət mərkəzinin yaxınlığındakı Əl-Qaziyə və Şəcərə qəsəbələrində 2 uşaq terrorçuların basdırdığı minaya düşərək ölüb, daha 3-ü yaralanıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən rayonu iyulda tərk edən İŞİD terror təşkilatının yaraqlıları gedərkən kənd yolarının kənarlarına çoxlu sayda mina basdırıblar. Bu, Suriya ordusu tərəfindən azad edilmiş ərazilərdə dinc həyatın bərpasına mane olmaq məqsədi ilə edilib.

Terrorçular Suriyanın digər rayonlarında da yolları, torpaq sahələrini, bağları və tikililəri minalayıblar.

Son xəbərlər
Bütün xəbərlər »