Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berkay Ardanın arvadından üzr istədi

Futbolçu Arda Turanla qalmaqalı davam edən müğənni Berkay həyat yoldaşından və Ardanın xanımından üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Berkay Ardanın onun arvadına sataşmaması ilə bağlı iddialarını qəbul etməyib. Müğənninin müraciətində deyilir:

“Berkay və Arda önəmli deyil. Mühüm olan iki qadının yaşadığı həssas durumdur. Əvvəlcə xanımımdan və Aslıhan Turandan üzr istəyirəm. Arda şikayətçi olmağımı istəmirsə, iki şərtim var: Arvadımdan, məndən, öz xanımından və bütün ictimaiyyətdən üzr istəyəcək; sonra biz onunla təkbətək danışacağıq. Bunları qəbul edərsə, şikayət etməyəcəm. Qarşı tərəfdən hər dəfə axmaqcasına fikirlər səsləndirildiyi üçün bunun axırınadək gedəcəyəm. Bura hüquqi Türkiyə Cümhuriyyətidir. Cəzasını çəkəcək”.

Son xəbərlər
Bütün xəbərlər »