Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: Oyunun vacibliyini dərk edirik
Futbol üzrə Azərbaycan Milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının IV turu çərçivəsində oktyabrın 14-də baş tutacaq Malta ilə oyundan öncə mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, mütəxəssislə yanaşı yığmanın müdafiəçisi Maksim Medvedev də konfransda iştirak edib.

Qurbanov görüşün vacibliyini dərk etdiklərini bildirib:

“Rəqib fərqli dəst-xətt nümayiş etdirir. İnanıram ki, uşaqlar sabah ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar və bunu bacaracaqlar. Yaxşı nəticə qazanmaq üçün yaxşı futbol oynamalısan”.

Baş məşqçi sabahkı matçda meydana çıxacaq heyət haqqında da danışıb:

“Yəqin ki, heyətdə dəyişklik olmayacaq. Açığı, əsas məşqimiz sabah olacaq. Dünən və bu gün futbolçuların yorğunluğunu nəzərə almışdıq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik”.

Taktikaya gəlincə isə, Qurbanov bunları söyləyib:

“Maltanın yaxşı əks-hücumları var. Onlar bizim qapıya yeganə qolun müəllifləridirlər. Əlbəttə, qol buraxmamaq üçün çox diqqətli olmalıyıq”.

Son xəbərlər
Bütün xəbərlər »