Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşəlti qəza - Qatar ana və iki övladını parçaladı - FOTO
Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub. Sakinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hazırda Qazax-Bakı qatarı 1 saatdan çoxdur ki, Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Hadisə barədə araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »