Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş keşiş çoxarvadlılıqda günahlandırılır
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı Uinston Blekmor və onun keçmiş kürəkəni Ceyms Oleri çoxarvadlılıqda günahkar bilib.

Oxu.Az-ın Yahoo News nəşrinə istinadən xəbərinə görə, Blekmor 1990-2014-cü illər ərzində 24 qadınla evli olub. Hazırda onun 145 övladı var.

Blekmorun 53 yaşlı kürəkəninin isə beş arvadı var. Hər iki şəxsi beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd olunur ki, həm Blekmor, həm də Oleri keçmişdə yepiskop olublar.

Hazırda onlar 1946-cı ildə təsis edilən Bauntiful kommunasında yaşayırlar.

Son xəbərlər
Bütün xəbərlər »