Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailəsi tərəfindən döyülən İlahənin vəziyyəti necədir?
Samux rayonunda qayınanası, əri və valideynləri tərəfindən təhqir olunduğu üçün intihara cəhd edən İlahə Pənahovanın vəziyyəti normaldır.

Bu barədə “Qafqazinfo”ya məlumatı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. O bildirib ki, həm Samux rayon polis rəisinin müavini, həm də gəlinin özü ilə əlaqə saxlayıb:

“İlahədən rayona qayıdıb qayıtmayacağını soruşdum. Dedi ki, qayıtmayacaq. Mən də onu sığınacağa dəvət etdim. Həkimlər hazırda onun vəziyyətinin normal olduğunu deyir. Nömrəmi vermişəm, nə kömək lazım olsa, hazırıq. Sığınacağa gəldikdən sonra hər şeyi ətraflı danışacağıq.

Samux rayon polis rəisinin müavini ilə də danışdım. Qayınanasıgil gəlinin başının qırxılması məsələsini təkzib edir. Onlar deyir ki, gəlinin başına balta dəyib. O hissəni təmizləmək üçün saçı kəsiblər.

Qız hazırda Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasından. Xəstəxanadan sonra arzu etsə sığınacağa daxil olacaq”.

Xatırladaq ki, Samuxun Ziyadlı kənd sakini İ. Pənahova qayınanası və əri tərəfindən döyülmüş, daha sonra saçı qırxılmışdı. Bu səbəbdən gəlin siçan dərmanı içərək intihara cəhd edib.

Hadisənin qadının evə yad kişi saldığı üçün baş verdiyi iddia olunur.

Son xəbərlər
Bütün xəbərlər »