Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tümendən Azərbaycana 6 vaqon kartof tədarük edildi

Rusiyanın Tümen vilayətinin ən iri kənd təsərrüfatı müəssisələrindən olan “KriMM aqrofirması” MMC bu il Azərbaycana ilk kartof partiyasını tədarük edib.

Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, artıq 6 vaqon kartof Azərbaycana yola salınıb.

Yükün ümumi həcmi 372 ton təşkil edir.

Qeyd olunur ki, göndərilməmişdən əvvəl məhsul karantin nəzarətindən keçirilib və ekspertiza nəticəsində karantin obyektləri aşkar olunmayıb.

Son xəbərlər
Bütün xəbərlər »