Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda seçki qərargahında partlayış: Ölənlər var

Əfqanıstanda parlament seçkilərinə namizədin seçki qərargahında partlayış baş verib.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, partlayışda azı 3 nəfər ölüb, beşi yaralanıb. İnsident Laşkarqah şəhərində qeydə alınıb. Namizəd də partlayış zamanı xəsarət alıb.

Xatırladaq ki, ötən həftə deputatlığa daha bir namizədin seçkiqabağı görüşü zamanı partlayış olmuş, 13 nəfər ölmüşdü.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri ölkədəki qeyri-stabil situasiya ilə əlaqədar yaranan iki illlik gecikmədən sonra oktyabrın 20-də keçiriləcək. Sonuncu dəfə Əfqanıstanda parlament seçkiləri 2010-cu ildə baş tutub.

Son xəbərlər
Bütün xəbərlər »