Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarıkökün bilmədiyimiz faydaları

Sarıkök mətbəximizdə geniş istifadə edilir.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, əsasən də Asiya ölkələrində sarıkökdən mətbəxdə çox geniş istifadə edilir. Amma bir çox insan sarıkökün faydalarını bilmir. Bu bitki kökünün bilinməyən faydalarını oxucularımız üçün topladıq.

Sarıkökün tərkibində olan “curcumin” maddəsi orqanizmi xərçəng xəstəliyinə qarşı qoruyur, metabolizmanı sürətləndirir və yağları yandırır. Həzmi asanlaşdıran sarıkök arıqlamağa da kömək edir.

2014-cü ildə Almaniyada aparılan bir təcrübə sübut edib ki, sarıkök köklükdən əziyyət çəkən insanlara faydalıdır və arıqlamağa kömək edir. Artıq çəkisi olan insanlar sarıkök istifadə etməlidirlər. Bu bitki kökünün tərkibində xoşbəxtlik hormonu olan serotonin də var.

Sarıkök bir çox xəstəliyə qarşı da faydalıdır. Asya ölkələrində, xüsusən də Hindistanda “Alzheimer” və qara ciyər xərçənginə çox az rast gəlinir. Tədqiqatlar sübut edib ki, bunun səbəbi sarıkökdür.

Sarıkökü dərman kimi ən çox 2 ay, arıqlamaq üçün isə 3 həftə qəbul etmək lazımdır: “Çiy olaraq da qəbul etmək olar.

Amma bişmiş halda sovrulması daha çox olur”.

Bununla belə, alimlər qeyd edirlər ki, gün ərzində ən çox 1 çay qaşığı sarıkök qəbul etmək olar. Bu miqdarı da üç yerə bölmək, səhər, günorta və axşam qəbl etmək lazımdır.

Yeməklərə də bir çay qaşığından çox sarıkök əlavə etmək olmaz. Çünki miqdar çox olanda qan təzyiqini yüksəldir, mədəni narahat edir. Hamilə qadınlar da miqdardan artıq sarıkök qəbul etməməlidirlər.

Son xəbərlər
Bütün xəbərlər »