Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalasının ərini yumruqla öldürən şəxsə hökm oxundu – 11 il
Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi kollegiyanın hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə bu il Abşeron rayon Saray qəsəbəsində baş verib. Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən Muğam Şakirov yerə yıxılıb və zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynova 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi üzrə ittiham verilib.

V.Hüseynov elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini söyləyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »