Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəbələ" baş məşqçisinə görə cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 7-ci turunun "Neftçi" - "Sabah" matçının 75-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 7-ci turunun "Zirə" - "Qəbələ" matçı başa çatdıqdan sonra "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunur.

Son xəbərlər
Bütün xəbərlər »