Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terrorçular Türkiyədə hərbi hissəyə raket atdılar: 1 hərbçi şəhid olub, 4 nəfər yaralanıb
İraqın şimalından, Zap bölgəsindən Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda yerləşən hərbi hissəyə raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 3-ü hərbçi olmaqla 4 nəfər yaralanıb.

Report xəbər verir ki, bu barədə Hakkari valiliyi açıqlama yayıb.

Bildirilib ki, Çukurca rayonunun Güvən dağı bölgəsində yerləşən hərbi hissəyə terrorçu PKK qruplaşması iki raket atıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən həftə Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində 7 hərbçi şəhid olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »