Ölkə.az xəbər verir ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.
Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü polis bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.