Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti iki günə olan hava proqnozu
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, oktyabr ayının 10-11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-25, bölgələrdə 21-26, dağlı ərazilərdə isə 13-18 dərəcə isti müşahidə olunacaq"

Son xəbərlər
Bütün xəbərlər »