Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir.

Bildirilib ki, Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinin açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, "Azərxalça" ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »