Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk dünyasının kino yaradıcılığının parlaq gələcəyi var - Vaqif Mustafayev
İstanbulda keçirilən III Beynəlxalq Türk Dünyası Sənədli Filmlər Festivalı böyük əhəmiyyətə malikdir. Festivala təqdim olunan filmlərin səviyyəsi göstərdi ki, türk dünyasının kino yaradıcılığının parlaq gələcəyi var.

Bu fikirləri festivalın münsiflər heyətinin sədri, görkəmli azərbaycanlı kinorejissoru Vaqif Mustafayev AZƏRTAC-a açıqlamasında söyləyib. Bu vaxta qədər çox kino festivalına qatıldığını diqqətə çatdıran Vaqif Mustafayev deyib ki, ilk dəfədir türk dünyasına aid olan festivalda iştirak edir və Azərbaycanı münsiflər heyətinin sədri kimi təmsil edir. Bu tədbirdə iştirak etməklə özünü çox doğma bir yerdə gördüyünü vurğulayan kinorejissor qeyd edib ki, münsiflər heyətinə sədrlik sevindirici və şərəfli olduğu qədər həm də məsuliyyətlidir. Münsiflər heyətinin ədalətli və şəffaf qərarlar qəbul etdiyini qeyd edən Vaqif Mustafayev tələbələr tərəfindən festivala təqdim olunan yaradıcılıq işlərini yüksək qiymətləndirərək deyib: “Biz bu festival vasitəsilə bütün dünyaya göstərdik ki, türk dünyasının kino yaradıcılığı çox yüksəkdir. Biz öz filmlərimizin yüksək səviyyəsini nümayiş etdirdik. Peşəkar rejissorlarla yanaşı, tələbələrin çəkdikləri filmlər də festivala təqdim olunub. Tələbələrin kino yaradıcılığındakı bu qədər yüksək göstəriciləri olduqca sevindiricidir. Əsas odur ki, onlar bu işləri ilə əsl vətəndaş mövqeyi ortaya qoyublar”.

Qeyd edək ki, festivala, ümumilikdə, 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar, 12 tələbə tərəfindən çəkilmiş 24 film seçilib. Festival çərçivəsində Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Heydər” bədii filmindən videoçarx da nümayiş etdirilib.

Son xəbərlər
Bütün xəbərlər »