Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google Chrome" 32 milyon qurğuda dəstəklənməyəcək

"Google Chrome" brauzeri "Android 4.1 — 4.3 Jelly Bean" əməliyyat sistemlərində artıq dəstəklənməyəcək.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə IXBT portalı yazıb.

Əməliyyat sisteminin brauzeri dəstəkləyəcək ən köhnə versiyası "Android 4.4" olacaq.

Portal bu dəyişikliyin dəqiq nə zaman baş verəcəyini açıqlamayıb. Bununla belə, qeyd olunur ki, köhnəlmiş sistem "Android" bazasındakı qadcetlərdən cəmi 3,2 faizində istifadə olunur. Çünki hazırda istifadədə bu əməliyyat sistemi ilə işləyən cəmi 1 milyarda yaxın qurğu var. "Chrome"un dəstəklənməyəcəyi qadcetlərin sayı isə təqribən 32 milyon qurğu təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Son xəbərlər
Bütün xəbərlər »