Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahətdən qayıdan ailə uşağı hava limanında unutdu

Almaniyada istirahətdən qayıdan ailə hava limanında uşağı unudub.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ştutqartda baş verib.

Aeroportda beş yaşlı qız uşağının tək olduğunu görən mühafizə xidmətinin əməkdaşları elan versələr də, gələn olmayıb.

Bundan sonra uşağı polis idarəsinə aparıblar. Valideynlər də ora gəliblər.

Məlum olub ki, ər-arvad aeroportdan evə ayrı-ayrı maşınlarda gedib. Ata düşünüb ki, uşaq anasının maşınındadır, ana isə əksinə.

Son xəbərlər
Bütün xəbərlər »