Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“CinemaPlus”da Xalq artisti Faiq Ağayevin “Gözüm Dəyməsin Sənə” klipinin təqdimatı keçirilib
"CinemaPlus Gənclik Mall”da Respublikanın Xalq Artisti Faiq Ağayevin ifa etdiyi, musiqisi Nadir NağdPul, sözləri Cavid Şahbazbəyova məxsus «Gözüm Dəyməsin Sənə» mahnısına hazırlanan klipin təqdimatı keçirilib.

Klip 2018-ci il 27-30 iyun tarixlərində Bakıda çəkilmişdir.

Çəkiliş müddəti ümumilikdə 29 saat, klipin istehsalı isə bir ay təşkil etmişdir.

Bu klip Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayevin rejissor Nail Naiboğlu ilə birgə ərsəyə yetirdikləri ilk ekran işidir.

Yaradıcı heyyət:

rejissor - Nail Naiboğlu, ssenari müəllifi - Aleks Anişenko, operator - Delee, montajçı - Əhməd Əli, rəng korreksiyası - Emin Muradov, səs rejossoru - Teymur Abdullayev.

Stilistlər - Nuranə və Zeynəb / "IN STUDIO" və Roman Məmmədov.

Prodüser - Faiq Ağayev.

Baş rolda yazıçı Nərminə Məmmədzadə,

rollarda:

Respublikanın Xalq Artisti Murad Dadaşov,

Əməkdar Artistlər:

Rafael İsgəndərov, Coşqun Rəhimov,Tünzalə Aliyeva,

Sona Babayeva, Mirzə Ağabəyli,

Nadir NağdPul, Ramil Nabran,

rəqqasə Fatimə Fətəliyeva və oğlu Hüseyn,

stilist Roman Məmmədov, aktrisa Mənsurə Əliyeva,

Şahin Hüseynovun rəhbərlik etdiyi "Grifon" rəqs qrupu çəkiliblər.

Çəkilişlər "Baku Business Factory" ofisində və "Ağ Şəhər"də həyata keçirilmişdir.

Klip 1 oktyabr tarixindən eksklüziv olaraq Mtv.Azərbaycan kanalında,

6 oktyabrdan isə Faiq Ağayevin www.youtube.com/user/AgayevFaiq rəsmi YouTube kanalında,

TMB kanalında, Connect kabel televiziyasının efirində, həmçinin yerli TV-lərdə yayımlanacaq.

Təqdimatın təşkilinə “Maya” meksikan restoranı, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları dəstək olublar.

Son xəbərlər
Bütün xəbərlər »