Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-ə qoşulduğu iddia olunan azərbaycanlı qadın danışdı-FOTOLAR
İŞİD-ə qoşulduğu iddia olunan azərbaycanlı qadın danışdı-FOTOLAR

İŞİD terror təşkilatının tərkibinə qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribova “Bizim Yol”a açıqlama verib.

O, barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.

Onun sözlərinə görə, yalnış anlaşılma nəticəsində başına bu iş gəlib: “Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə “Whatsapp” vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma ehyam etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.

Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burda yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini bildirib.

Ramid İBRAHİMOV

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »