Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan beynəlxalq silah bazarında öz yerini tutur

ADEX sərgisi: 29 ölkə, 124 şirkət, 10 ildə 26 çeşiddən 260-dan çox çeşid...

Azərbaycan 2014-cü ildən "ADEX" adlı beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edir. Bu sərgi Azərbaycan müdafiə sənayesinin imkanlarının dünyaya tanıdılmasında mühüm rola malikdir.

Bu cür sərgilərin keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Sualımızı cavablayan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan bu sərgi ilə bir çox mesajlar verdi. Belə ki, regionda Azərbaycanla hesablaşmaq lazım olduğunu, Azəzbryacnla güc dilində danışmaq mümkün olmadığı bəyan etdi:

"İlk öncə qeyd etmək istərdim ki, bu sərgilər yalnız imkanı olan dövlətlər tərəfindən keçirilir. Həmin sərgi ki, 29 ölkədən dəvətlər olub və 124 şirkət həmin sərgidə iştirak edir. Azərbaycan artıq 260-dan yuxarı çeşiddə istehsal olunan silah-sursatını çıxarıb. Azərbaycanın hərbi sənayesi məhsullarının sərgidə təqdim edilməsinin çox böyük əhəmiyyəti var. Əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın bu gün böyük hərbi sənaye kompleksləri rəqabət apara bilir. Bu da ondan irəli gəlir ki, Azərbaycan yüksək keyfiyyətli məhsul istehsal edir və müasirliyi ilə seçilir. Bu gün Azərbaycan sərgidə Rusiya kimi, Türkiyə kimi, Belarusiya kimi, Fransa kimi, İsrail kimi nəhəng dövlətlərlə ayaqlaşır. Bu dövlətlərlə birlikdə pavilyonda onlarla rəqabət apara biləcək məhsul təqdim etmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən beynəlxalq aləmdə Azərbaycan hərbi sənayesi olan və silah istehsal olunan dövlət kimi tanınır. Bu da Azərbaycanın imkanları haqqında beynəlxalq aləmdə nüfuzuna müsbət təsir edir. Azərbaycan bununla silah-sursat cəhətdən də öz müstəqilliyini ifadə etməkdədir. Digər tərəfdən isə silah-sursat üçün dayanıqlı iqtisadiyyatın olması şərtdir. Bu həm də Azərbaycanın iqtisadi qüdrətini sərgiləməkdir. Dayanıqlı iqtisadiyyatı olmayan ölkə belə bir sərgilər təşkil edə, silah-sursat ixracatçısına çevrilə bilməz.

Azərbaycan 10 il ərzində böyük inkişaf yolu keçib. Belə ki, Türkiyədə keçirilən sərgidə 10 il öncə 26 çeşiddə məhsul sərgiləyirdisə bu gün 260-dan yuxarı çeşiddə məhsul sərgiləyir.

Digər əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayır və müharibə şəraitində yaşayn dövlətin hərb sənayesini inkişaf etdirməsi onun hərbi qüdrətinin artması deməkdir. Azərbaycan bu sərgi ilə nümayiş etdirir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanla güc dilində danışmaq olmaz. Və bunu biz demirik, bunu Rusiyanın tanınmış hərbi ekspertləri deyir. Yəni Ermənistanla Azərbaycanı hərbi güc məsələsində tərəziyə qoymaq ümumiyyətlə düzgün deyil. Azərbaycan 130 dövlətdən 52 -ci yerə yüksəlibsə bu kifayət qədər böyük ismarışdır.

Bu fonda hərbi sərginin keçirilməsi böyük əhəmiyyət daşıyır. Həm beynəlxalq aləmə, həm də düşmənə olan bir notadır, həm də qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan silah idxalçısından ixracatçısına çevrilə biləcəkmi?

Ehtiyatda olan polkovnikin sözlərinə görə artıq Azərbaycan silah idxalçısından, silah ixracatçısına çevrilib və 15-dən artıq ölkəyə silah ixrac edilir:

"Artıq çevrilib. Azərbaycan silahını hazırda 15 -dən yuxarı sayda dövlətə ixrac edir. Azərbaycanın ixrac etdiyi silah-sursat daha çox müasirliyi ilə seçilir. Azərbaycana gətirilən cihazlar, texnologiyalar ən inkişaf etmiş ölkələrdən alınıb və ölkəmizə gətirilib. Və eyni zamanda Azərbaycan hərbi sənaye üçün mütəxəsisləri artıq özü yetişdirməyə başlayıb. Həmin mütəxəsislər isə vaxtaşırı başqa ölkələrə onların təcrübələrini öyrənmək üçün göndərilir. Həmin kadrlar isə ölkəmizə gətirilən müasir texnologiyaların tətbiqində mühüm rol oynayırlar. Həmin texnologiyalar vasitəsilə hasil olunan silah-sursat isə öz keyfiyyəti ilə digərlərindən seçilir və fərqlənir, bu günün müasir tələblərinə cavab verir.

Azərbaycanın hərbi sənayesi günü-gündən inkişafa doğru getməkdədir. Ötən ilki sərgi ilə builki sərgi arasında kifayət qədər böyük fərq var. Ötən ildən fərqli olaraq bu il Azərbaycandan silah almaq istəyən dövlətlərin sayında artım var, daha 6-7 ölkə Azərbaycana müraciət edib".

Azərbaycan bu bazarda rəqabətə davam gətirə biləcəkmi?

Şair Ramaldanov Azərbaycanın silah-sursat bazarında mühüm mövqedə olduğunu, hətta hərb sənayesinin artıq dövlətdən maliyyələşən deyil, özünü maliyələşdirəcək duruma gəldiyini əlavə edib:

"Hazırda Azərbaycan bu bazarda özünə mövqe qazana bilib. Bu gün istehsal olunan məhsullar Azərbaycandan kənara, dünya bazarına çıxaırlır. Artıq Azərbaycan hərb sənayesi büdcə hesabına maliyələşmir, artıq bu sahə Azərbaycana gəlir gətirən bir sahəyə çevrilib. Xarici bazarla yanaşı bizim daxili bazarımız da inkişaf etməkdədir. Əsas Müdafiə Nazirliyi, eləcə də digər güc strukturları da artıq xaricdən deyil, yerli bazardan, Müdafiə Sənayesi nazirliyindən alır silah-sursatını. Orta hesabla 200 milyondan çox daxili bazara satış həyata həyata keçirilir. Əvvəl silah-sursat alış-verişi üçün külli miqdarda vəsait xarici bazara gedirdisə, artıq bu gün bu belə deyil. Həmin vəsait Azərbaycan müdafiə sənayesinin inkişafına sərf olunur. Müharibə şəraitində yaşayan bir dövlət üçün bu çox müsbət bir haldır.

Yazılan mənbələrdən məlum olur ki, birinci Qarabağ müharibəsi zamanı sursatın çatışmamazlığı Azərbaycanın müəyyən bir istiqamətdə əməliyyatların aparılmasına maniyələr törətdi. Artıq yerli istehsalatın olması bizi bu çətinliklə üz-üzə qoymur. Eyni zamanda Azərbaycan digər ölkələrdən asılılığını azaldır. Müharibə zamanı həmin dövlətlərə müraciət etdikdə ya qiymər artımı olur, ya hansısa məhdudiyyətlər yaranır, indi isə Azərbaycan belə bir problemlərlə qarşılaşmayacaq".

Bakıda üç ayda iki parad keçirildi, Azərbaycan gücünü nümayiş etdirdi, bu silah sırgisini də həmin prosesin davamı saymaq olarmı?

Ramaldanov bildirir ki, Azərbaycanın ev sahibliyi etdiyi "ADEX-2018" silah sərgisi hansısa prosesə və şəraitə görə keçirilmir:

"Bu sərgi planlı şəkildə keçirilib. Sərgi hansısa prosesə və şəraitə görə keçirilmir. Paradlar bildiyiniz kimi 100 illiklə əlaqədar idi, sonradan Türkiyə Silahlı Qüvvələri ilə birgə daha bir parad keçirildi. bu Azərbaycanın imkanlarının nümayişi idi. Bu poaradlar və irimiqyaslı təlimlər, bu formada keçirilən silah sərgisi böyük vəsait tələb edir. Azərbaycan bu gün belə bir tədbirlər keçirirsə bu hərbi gücün, qüdrətin ifadəsi deməkdir. Eyni zamanda Azərbaycanən geosiyasi məkanda da nüfuzu artmaqdadır. Hərbi tədbirlərlə yanaşı böyük əhəmiyyət kəsb edən siyasi

proseslərə və beynəlxalq siyasi tədbirlərə də ev sahibliyi etməkdədir.

Məlumat üçün qeyd etmək istərdim ki, hazırda Ermənistanda silah ixracatı yoxdur. Eyni zamanda Ermənistanın hərbi sənayesi də yoxdur. İstədilər ki, yaratsınlar lakin bu uğurlu alınmadı. Onun yaradılması üçün az öncə qeyd etdiyim kimi dayanıqlı iqtisadiyiyat və hərbi baza lazımdır. Bu səbəbdən onlar buna müvəffəq ola bilmədilər. Kreditlə silah alan ölkə, iqtisadiyyatı çökmüş bir ölkə silah istehsalı apara bilməz".

“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisinin siyasi ambisiyaları haqqında danışan deputat Zahid Oruc bildirib ki, Azərbaycanın dünya silah bazarına daxil olmaq üçün qarşısına böyük bir məqsədlər qoyduğunu, eləcə də özünün xaricdən silah sasılılığını azaltmaq üçün böyük sənaye komplekslərini formalaşdırdığını bildirib:

"İlk növbədə onu qiymətləndirməliyik ki, Azərbaycan 90-cı illərdən indiyə qədər hərb sahəsində böyük bir inkişaf yolu keçib. Onun daxili resursları inkişaf edib, çeşidlərin sayında xeyli artım olub. Eyni zamanda da Azərbaycanın siyasi arenada da mövqeyi güclənməkdə davam edir. Açıq demək lazımdır ki, Azərbaycanla müqaisədə bölgə dövlətləri, GÜrcüstan eləcə də Ermənistan eyni siyasi xətti apara biləcək bir imkana malik deyil. Bu gün Azərbaycan özünün xaricdən silah sasılılığını azaltmaq üçün böyük sənaye komplekslərini formalaşdırır. Çoxtərəfli hərbi müqavilələr imzalanır. Digər yandan isə Azərbaycan dünya silah bazarına daxil olmaq üçün qarşısına böyük bir məqsədlər qoyub. Bu səbəbdən bizi real tərəf müqabili kimi qəbul etməkdədirlər.

Bir zamanlar Azərbyacan həmin sərgilərdə iştirak edərək öz coğrafi relyefinə uyğun silahlar almaq haqqqında düşünürdüsə, bu gün Azərbaycan həmin sərgilərə ev sahibliyi etməkdədir. Bu çox önəmli bir hadisədir. Hətta bu gün Rusiya da bura gəlmək haqqında düşünür. Bir reallıq var, Rusiya 2005-ci ilə qədər Azərbaycana silah satmayıb. Bunu özünün siyasi maraqlarına zidd hesab edirdi. Düşünülürdü ki, bu Azərbaycanın imkanlarını artıracaq. Ola bilər ki, bu rəsmi Moskvanın yüksək dairələrində təhlükə kimi qiymətləndirilirdi.

Digər yandan isə düşünülürdü ki, bu ermənilərin mənafeyini sarsıdacaq və onlara bir zərbə olacaq. Paralel olaraq Azərbaycanın gələcəkdə onların nüfuz dairələrindən çıxması də ehtimallar arasında idi. 2005-ci ildən isə bu fikir tamamilə dəyişdi. Həmin ildən etibarən 1-ci nəsil silahlar, daha sonradan isə müasir silahlar və texnikalar satılmağa başladı. Dünən isə Rusiyanın nüfuzlu informasiya agentliyi Azərbaycanda satılan silahların preyskurantını dərc etmişdi. Həmin məlumatı oxuyandan sonra görünür ki, Rusiya Azərbaycanla hərbi əməkdaşlıq etməkdən heç də tərəddüd etməyib. Hətta bu rəsmi Moskvanın düşünən elitasını heç də narahat etmir.

Hərb sahəsi mütəmadi şəkildə yenilənməlidir. Çünki bu sahə durmadan sürətli şəkildə yenilənir, müasirləşir və elektronlaşdırılır. Hazırda müharibə məsafədən idarə ediləcək vəziyyət alıb. Azərbaycanın süni peykinin kosmik fəzaya buraxılması Azərbaycanı informasiya asılılığından da xilas etdi. Eyni zamanda bu peykin hərbi məqsədlər üçün istifadəsi də gündəmdə olan məsələdir. Hamıya bəllidir ki, müasir qurğular kosmik sistemlərlə, kəşfiyyat məlumatları ilə idarə edilir.

Hətta ötən il Medvedyevin çıxışında hər şey açıq - aydın idi. O qeyd etdi ki, süni peyklər vasitəsilə biz səngərdəki bütün əsgərlərin hərəkətini nəzarətdaə saxlaya bilirik.

Azərbaycan çox fəal şəkildə beynəlxalq hərbi əlaqələrini gücləndirmək üçün onun bütün kompanentləri üzrə hərəkət strategiyasına malikdir. Hərbi partnyorları artırmaq, Ermənistanın müttəfiqlərini azaltmaq da bu strategiyanın bir parçasıdır. Xalqımız da bu strategiyanın real nəticəsini səbrsizliklə gözləyir, hərbi qüdrətimizin döyüş zamanı əzəmətini görmək aarzusundadır. İnşallah ki, ordumuzun qüdrətini, əzəmətini bir gün görəcəyik.

Rusiyanın Paşinyan hökumətinə olan etimadsızlığı Azərbaycan Rusiya münasibətlərinə təsir göstərirmi? Yəni Rusiyanın Azərbaycana meyllənməsi Paşinyan hökumətinin siyasətinə bilavasitə bağlı ola bilərmi?

Deputat qeyd edib ki, Rusiya Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsini Ermənistanın hazırda formalaşdırdığı münasibətlərin ayağına yazmaq olmaz və Rusiya Azərbaycan münasibətləri təkcə elitanı yox, xalqları da birləşdirir:

"Bu Ermənistanın aprel çevrilişindən sonrakı dönəmlərdə yürütdüyü siyasətdir. Bunu konkret olaraq Ermənistanın hazırda formalaşan münasibətlərin ayağına yazmaq olmaz. Digər yandan isə İlham Əliyevin liderliyi altında yürüdülən siyasət ona bu günümüzə və gələcəyimizə hesablanıb ki, Ermənistanın əlaqələri zərbə alsın, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü, qüdrəti daha da artsın. Siyasət müşahidəçilik sənəti deyil. Rusiya xalqı, elitası hazırkı dönəmdə Azərbaycanı təhlükə mənbəyi kimi görmür. Hər kəs bunu etiraf edə bilər ki, Rusiya Azərbaycan münasibətləri yalnız elitanı yox, xalqları da birləşdirir. Rusiya bizim üçün vazkeçilməz bir tərəfdir. Azərbaycan Ermənistanı cəzalandırmaq üçün bir dəyənək deyil. Qəti şəkildə heç bir ölkənin iqtisadi əlaltısı deyilik. Azərbaycan müstəqlliyini, suverenliyini qoruyan bir dövlətdir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »