1. Isaac Newton: The Last Magician
Fizik, riyaziyyatçı, astronom, filosof…. – onun peşəkar olduğu sahələri saymaqla bitirmək mümkün deyil. Bəs imkanların o qədər məhdud olduğu dövrdə bu cür dahi olmağın yolu nələrdən keçirdi? Bu suala baxmaq üçün yuxarıdakı linkə keçin və Nyutonla daha yaxından tanış olun.
2. Nikola Tesla: The Greatest Mind of All Time – 3. The Unlimited Energy of Nicola Tesla – 4. The Missing Secrets Of Nikola Tesla
Dünyanı dəyişən insanın məhz o olduğunu desək, yəqin ki, bizimlə çox insan razılaşar. Onlarla ixtirası, qabaqcıl ideyaları ilə dahilərin dahisi Nikola Tesla haqqında 3 film. Onu daha yaxından tanıyacaq və tam fərqli tərəflərdən yenidən kəşf edəcəksiniz.
5. Richard Feynman: No Ordinary Genius
Kvant elektrodinamikasının banisi, görkəmli fizik Feynman qeyri-adi dahilərin siyahısına öz adını qızıl hərflərlə yazdıranlardandır. Onu daha yaxından tanıyın və iş metodları ilə tanış olun.
6. How Albert Einstein’s Brain Worked – 7. The Extraordinary Genius of Albert Einstein. – 8. The Biography of Albert Einstein.
Onun dühasını kəşf etmək üçün 3 sənədli film də az ola bilər. Biqorafiyası, işləri, beyninin işləmə mexanizmi – həyatının hər hissəsi ayrı-ayrılıqda bir maraq sahəsi ola biləcək dahi Albert Einstein yuxarıdakı sənədli filmlər sayəsində sizə daha yaxın olacaq.
9. Da Vinci: Unlocking The Genius. – 10. Leonardo Da Vinci: The Man Who Wanted to Know Everything
Onu dünyanın ən sirli dahisi adlandırmaq olar. Dövrünü olduqca qabaqlayan qeyri-adi beyni ilə möcüzələr yaratmış, çəkdiyi çertyojlarla müasir insanı da təəccübləndirməyə nail olmuşdur. Da Vinci haqqında çəkilən bu 2 sənədli film onun sirlərini açmaqda sizə kömək edəcək.
pahoo.az