Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakcell Qəbələdə Müştəri Xidməti açdı

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan “Bakcell” şirkətinin Qəbələdə ilk müştəri xidməti mərkəzinin açılış mərasimi baş tutub.

Bizimyol.info xəbər verir ki, mərasimdə çıxış edən "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers Qəbələdəki mərkəz haqqında məlumat verib:

"Bakcell" öz xidmət və məhsullarına abunəçilərinə daha yaxın etmək üçün Azərbaycanın bütün bölgələrində fəaliyyətini davam etdirir. Bunun üçün bizim xüsusi strategiyamız var. Qəbələ də bu strategiyada xüsusi yer tutur.

Bu gün bizim burada açdığımız mərkəz Qəbələdəki abunəçilərimizin xidmət və məhsullarımızdan yaranmalarına kömək edəcək. Bu yaxınlarda "Bakcell" Azərbaycanın ən sürətli mobil internet şəbəkəsi elan olunub. Bildiyiniz kimi Qəbələ də daxil olmaqla 30-dan çox bölgənin mərkəzində abunəçilərimiz "Bakcell"in yüksək sürətli internet şəbəkəsindən istifadə edirlər. Artıq bizim Qəbələdə 6 4G baza stansiyamız var. Təbii ki, bunun daha da genişləndirilməsi istiqamətində işləri davam etdiririk. Bundan başqa 16 regionda 5 GB internet kampamiyasını həyata keçiririk və onlardan biri də Qəbələdir. Burada yaşayan 4G istifadəçisi olan abunəçilərimiz oktyabr ayının sonuna kimi pulsuz 5 GB internet əldə edə bilərlər. Əgər sizin SİM kartınız 4G-ni dəstəkləmirsə, bu mərkəzdə pulsuz şəkildə onu 4G-ə çevirə bilərsiniz. Bundan başqa biz şəbəkəmizin genişləndirilməsinə də davam edəcəyik. Regionlarda daha yaxşı xidmət göstərə bilmək üçün həm satış şəbəkəsini genişləndiririk, həm də mobil şəbəkəni genişləndiririk".

Şirkətin direktoru daha sonra "Bakcell"in yeni istifadəyə verilmiş modemindən də bəhs edib:

"Bu cihaz sim kartla çalışır və "Wi-Fi Router" adlanır. Bu cihazla qapalı, açıq məkanlarda, evlərdə, ofislərdə yüksək sürətli internetə daxil olmaq mümkündür.

"Bakcell"in modeminə eyni zamanda 32 cihaz qoşula bilər. Bakıda artıq bu modemlərin satışına başlanılıb. Bu gündən də Qəbələdə bu cihazın istifadəsi mümkün olacaq".

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »