Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hərbi Komissarlıqda işə düzəltmək üçün 80 min manat verdim”
Könül Kərimovaya və digərlərinə qarşı dələduzluqda ittiham edilən şəxsin məhkəməsində hərbi komissar ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə proses keçirilib.

Bizimyol.info xəbər verir ki, M.Məmmədova bir neçə şəxsin etibarından istifadə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Zərərçəkmişlərdən biri də əməkdar artist Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verərək, ondan ümumilikdə 32 min manat pul alıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib.

O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqaviləsi bağlandı".

M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: "Düzdü, belə söhbət olub. Mən, sadəcə, arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxsən pulu Rəsul müəllimə qaytardım".

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirib ki, 2012-ci ildə dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »