Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın kəşf edilməmiş gözəlliklərindən: Oğuz
Oğuz Şimali Qafqaz dağlarının yamacında meşələri, şəlalələri, termal bulaqları ilə Qafqaz və Azərbaycanın ən gözəl yerlərindən biridir. Şəki və Qəbələnin arasında qalan və turistlərin çox da diqqətini çəkə bilməyən Oğuz vəhşi təbiəti və kəşf edilməmiş yerləri sevənlər üçün isə ən rəngli rayonlardan biridir.

Azərbaycanın regionlarını gəzərək təbiət fotoları çəkən fotoqraf Elsəvər Əliyev bu dəfə Oğuza gedib. O, Oğuzun dağ yamaclarında gizlənən gözəlliklərini kəşf edib. Elsəvər Əliyevin çəkdiyi fotoları təqdim edirik:

Oğuz Qafqazda alban məbədləri ilə də tanınır. Rayon ərazisində 7 məbəd mövcuddur.

Rəsmi statistikalara əsasən Oğuzda 42.6 min adam yaşayır.

Fotoqraf Elsəvər Əliyev Azərbaycanın regionlarını gəzərək möhtəşəm şəkillər çəkir.

Bu dəfə onun Oğuzdan çəkdiyi fotoları paylaşırıq.

[gallery size="full" columns="1" ids="10510,10509,10508,10507,10506,10505,10504,10500,10501,10502,10499,10498,10496,10495,10497,10494,10493,10492">

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »