Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni texnologiya gəlir: Sürücülük vəsiqəsini mobil tətbiq əvəz edəcək

Danimarkada smartfona qurulmuş xüsusi mobil tətbiq vasitəsilə sürücülük vəsiqəsini göstərmək mümkün olacaq.

Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, sürücüyə öz sürücülük vəsiqəsinin mövcud olmasını sübut etmək üçün yalnız smartfon lazım olacaq.

Danimarka Maliyyə Nazirliyinin məlumatına görə, sürücülük vəsiqəsi oxşar tərzdə təqdim edilən ilk rəsmi sənəd olacaq.

Həmçinin bildirilib ki, sürücülük vəsiqəsinin rəqəmli versiyasını adi vəsiqə ilə birgə istifadə etmək mümkün olacaq.

Mobil proqramın 2020-ci ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »