Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərkosmos"-un fəaliyyəti yetərli hesab oluna bilməz" - Osman Gündüz

Azərbaycanın orbitə buraxılan üçüncü peyki "Azerspace-2"-nin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək, "Azərkosmos" bildirir.

Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb.

"Azərkosmos" bildirir ki, peykin dəyəri 190 milyon dollarıdır. Peykin Azərbaycan iqtisadiyyatına 400 milyon dolları gəlir gətirəcəyi proqnozlaşdırılır, qurum deyir.

"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.

Bununla bağlı Bizimyol.info-ya danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, bu sahə artıq nəhəng şirkətlər tərəfindən tutulub, Azərbaycanın bu sahədə rəqabətə tab gətirməsi və bazara daxil ola bilməzi çox çətin olacaq:

"Bu bir telekommunikasiya peykidir. Və bu bizim öncədən səmaya qaldırdığımız peykin bir ehtiyyat variantıdır. Yəni bizim öncədən səmaya qaldırılan peykimiz televiziya siqnallarının dünyanın müxtəlif ölkələrinə ötürülməsi ilə məşğul idi. Hansıs aölkənin televiziya yayımçısı hansısa bir ölkəyə yayım vermək istəyirsə bu peyklərlə müqavilə bağlayır və bizim peyklərimiz də onların televiziya siqnallarını dünyanın istənilən bölgəsinə ötürür. Qeyd etmək istərdim ki, bu sahə kifayət qədər məhduddur, dünyada isə bu tamamilə rəqabətli bir sahədir. Artıq dünyada bu bazarlar demək olar ki, tutulubdur. Azərbaycan isə sön dönəmlər bu ailənin bir üzvü olub.

Azərbaycan üçün bu xidməti satmaq, yaxşı müştəri tapmaq o qədər asan olmayacaq. Gərək nə qədər ucuz və keyfiyyətli iş görəsən ki, müəyyən şirkətləri cəlb edə biləsən. Peykin səmaya buraxılması işin sadəcə 5 faizidir. Qarşıda duran iş odur ki, Azərbaycan bu iki peykin xidmətlərini kimə satacaq? Peyklərin isə 15 il müddəti var. Digər peyklimiz bir neçə ildir səmaya buraxılıb, bu isə bu günlərdə buraxıldı. Yəni biz 10-15 il müddətinə qoyulan 10 yaxud 100 milyon vəsaiti geri qaytarmalıyıq. 15 il müddətdən sonra peyk kosmosa qovuşaraq yanır, orada olan peyk qəbiristanlığına qoşulur. Son dönəmlər mən duyuram ki, "Azərkosmos" fəaliyyətini canlandırıb. Məncə bunlar yetərli hesab oluna bilməz.

Az öncə qeyd etdiyim kimi, peyklərin biri digərini zəruri edir. Heç bir ölkə, heç bir şirkət də bir peyki olan, ehtiyyat peyki olmayan ölkə ilə müqavilə bağlamır. Çünki birinə nəsə olsa yayım məhdudlaşdırıla bilər, digər ikinci ehtiyyat peyk, üçüncü ehtiyyat peyklər olmalıdır ki, bazarda rəqabət aparmaq, hansısa şirkətlərin marağını cəlb etmək mümkün olsun".

Bu peykin internet xidmətinin inkişafına təsiri olacaqmı?

Osman Gündüz peykin internet xidmətinin inkişafına təsir göstərməyəcəyini bildirib:

"Bunun internetə çox cüzi, 1 faiz qədərində təsiri olur. Fövqəladə hallar baş verərsə müəyyən həcmdə istifadə üçün internet imkanlarından yararlanmaq mümkündür, saədəcə bu çox baha başa gələn bir məsələdir. Yəni xülasə peyk internetindən istifadə edəcəyik, internet inkişaf edəcək deyə düşünmək doğru olmaz".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »