Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu
“Apple” şirkətinin təqdim etdiyi yeni “iPhone” modelləri Azərbaycana gətirilib.

Oxu.az-ın məlumatına görə, “iPhone Xs” və “iPhone Xs Max” smartfonlarının qiyməti barədə “World Telecom” mağazalar şəbəkəsinin rəsmi saytında məlumat yerləşdirilib.

“iPhone Xs”in qiyməti 2799 manatdan başlayır. 256 GB yaddaş tutumuna malik “iPhone Xs” modelinin qiyməti 3099, 256 GB yaddaş tutumuna malik “iPhone Xs Max”ın qiyməti isə 3599 AZN-dir.

Digər telefon mağazalarından bildirdilər ki, onlar “iPhone”un yeni modellərini gətirməyiblər.

“iPhone” telefonlarının satışını həyata keçirən “Alma Store”dan Oxu.Az-a verilən məlumata görə, yeni telefonlar Azərbayacana bir-iki həftəyə gətiriləcək:

“Qiyməti gətirildikdən sonra açıqlanacaq”.

Son xəbərlər
Bütün xəbərlər »