Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnstaqramın yaradıcıları istefa verdilər

İnstaqram sosial şəbəkəsini yaradan Kevin Sistrom və Mayk Kriqer istefa veriblər.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, Kevin və Mayk yaxın həftələrdə şirkəti tərk etmək niyyətindədirlər.

Sistrom bu barədə şəxsi səhifəsində məlumat verib:

“Mayk və mən İnstaqramda son 8, “Facebook” komandası ilə keçirdiyimiz son 6 ilə görə təşəkkür edirik. Hazırda biz həyatımızda yeniliklərə hazırlaşırıq”.

Sistrom qeyd edib ki, istirahətdən sonra yeni və kreativ ideyalara hazırlaşırlar.

Şirkətin rəhbərliyi istefa xəbəri ilə bağlı hələ ki, açıqlama verməyib. Bununla belə, Sistrom və Kriqerin istefası İnstaqramın gələcəyini sual altında qoyur.

Son xəbərlər
Bütün xəbərlər »