Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” rəhbəri yeni “iPhone”ların baha olmasının səbəbini açıqladı

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.

Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, o, “iPhone XS” və “XS Max” modellərinin istifadəçi üçün bütün digər qurğuları əvəz edə bildiyini söyləyib:

“Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”.

Qeyd edək ki, “Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub. “iPhone Xr” 749 dollar, “iPhone Xs” 999 dollar, “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə 28 sentyabrdan etibarən satışa çıxarılacaq.

Son xəbərlər
Bütün xəbərlər »