Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində stüardessa olmaq üçün keçirilən ağır təlimlər - FOTOLAR
Təyyarədə stüradessa işləməyin nə qədər çətin olması barədə yəqin ki, düşünmüsünüz. Kriz anında sərnişinləri sakitləşdirmək, davamlı olaraq pilot ilə əlaqədə qalmaq, çətin şərtlərdə yemək və digər servislərlə insanları məmnun etməyə çalışmaq normal şərtlərdə belə çox ağırdı. Bir də bütün bunları təyyarənin içində daha ağır şərtlərdə etdiyinizi düşünün.

Çində stüardessaları bu şərtlərdə, yüksək standartlarda işləyə bilməsi üçün çətin testlərdən keçirirlər. Həmin təlimlərdən fotoları təqdim edirik:

Ən vacib qaydalardan biri təyyarə koridorlarında “cat walk” şəklində gəzə bilməkdir.

Oturuş forması da ən az gəzmək qədər vacibdir.

Stüardessaların düzgün formada hərəkət etməsi üçün başın üstündə jurnal, ağızda qələm, ayaqların arasında isə kağızla təlim keçirlər.

Əl sıxmaq da çox zərif formada olması stüardessalığın vacib şərtlərindən biridir.

Şərnişinlərə “təşəkkür” mənasına gələn qabağa doğru əyilmə isə tam 15 dərəcə olmalıdır.

Bütün bunlarda sonra isə başının üstündə butulka ilə gəzməyi öyrənmək lazımdır.

Stüardessalığın ən vacib sirlərindən biri isə həmişə üzünüzdə təbəssümün olmasıdır.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »