Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabirabadda iki avtomobil toqquşub

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza Nizami kəndində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobil qarşısında hərəkətdə edən, sola dönmək istəyən “VAZ-2107” markalı avtomobilə çırpılıb. "VAZ-2107" zərbənin gücündən yoldan çıxıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Sabirabadın Çöl Ağammədli kənd sakinləri - 1966-cı il təvəllüdlü İsmiyeva Təranə Qəribağa qızı və 1953-cü il təvəllüdlü İsmiyeva Nərminə Abdulla qızı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.İsmiyevanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »