Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranı təhdid etdi: "Siyasət dəyişməsə..."

Bərpa olunmuş əvvəlki sanksiyalar ölkədə dəyişikliklərə gətirib çıxarmasa, ABŞ İran barəsində sanksiyaların yeni variantlarını tapacaq.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalının efirində deyib.

“Düşünürük ki, lazım olan sanksiyalar (noyabrda qəbul edilməsi planlaşdırılır - red.) ölkədə əhəmiyyətli iqtisadi və siyasi effekt doğuracaq. Biz İran rejiminin davranışında ciddi dəyişikliklər istəyirik. Əgər İran öz siyasətini dəyişdirməsə, o halda ölkəyə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək”, - Bolton bildirib.

Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »