Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə qəza: Bir ailənin üzvləri yol qəzasında xəsarət alıb

Şəkidə baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Bizimyol.info-un Report-a istinadən məlumatına görə, hadisə günorta saatlarında Şəkinin giriş hissəsində baş verib.

Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İsgəndərov Abbasəli Vaqif oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü A.İsgəndərov, avtomobildə olan sərnişinlər-Mingəçevir şəhər sakinləri:- 1992-ci il təvəllüdlü Günay Nəbi qızı İsgəndərova və 1961-ci il təvəllüdlü Zemfira Şamil qızı İsgəndərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirilib ki, yaralılardan G.İsgəndərovanın vəziyyəti ağır olduğundan onun müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb. Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Qəzaya düşənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »