Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda 4 nəfər azərbaycanlının xəsarət aldığı insidentə görə saxlanılan var
Gürcüstanın Telavi rayonunun Vardisubani kəndində 4 azərbaycanlının xəsarət alması ilə nəticələnən silahlı insidentlə bağlı 1 nəfər saxlanılıb.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1977-ci il təvəllüdlü D.L. adlı şəxs 1986-cı il təvəllüdlü Qaracala kənd sakini R.S. adlı şəxsə tapançadan atəş açaraq hadisə yerindən qaçıb.

Polis silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxsi 3 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »