Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail göz yaşları içində Moskvadan nə istəyib?

Moskva Suriya ilə S-300 zenit raket kompleksləri ilə bağlı imzalanan anlaşmanı sonlandırıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Sənaye Komissiyası Kollegiyasının Ekspert Şurasının üzvü Viktor Muraxovski danışıb.

Ekspertin sözlərinə görə, İsrail 2010-cu ildə S-300 zenit raket komplekslərinin satışı ilə bağlı Suriya ilə müqavilə bağlanan zaman bundan narahatlığını ifadə edib. İsrail tərəfi Suriyaya məxsus S-300 komplekslərinin radar sahələri və komplekslərin məhv edilməsi zonası ilə demək olar ki, bütün İsrail ərazisini əhatə etməsindən qorxub.

Muraxovskinin sözlərinə görə, İsrail tərəfi inandırıcı və gözüyaşlı şəkildə Rusiyadan müqavilənin yerinə yetirilməməsini istəyib.

“Biz görüşə getdik. Əvvəlcə müqaviləni dayandırdıq, daha sonra isə ləğv etdik. Biz artıq ciblərimizdə olan 400 milyon dolları Suriyaya qaytardıq və nüfuz itirdik”, - ekspert bildirib.

Son xəbərlər
Bütün xəbərlər »