Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna xalqının 5 faizi Poroşenkonu dəstəkləyir

Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırkı prezident Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Nyus Van” telekanalının keçirdiyi sorğunun nəticəsində qeyd olunub.

Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Onlardan 95 faizi Poroşenkonun əleyhinə, 5 faizi isə lehinə səs verib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ilin martında keçiriləcək. Sosioloqların fikrincə, hazırda prezident postuna ən real namizəd “Batkıvşina” partiyasının rəhbəri Yuliya Timoşenkodur.

Son xəbərlər
Bütün xəbərlər »