Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-a qarşı birlik: Hindistan İrandan nefti öz milli valyutası ilə alacaq

Hindistan ABŞ-ın sanksiyalarından çıxış yolu tapmaq üçün İranla razılaşıb.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, razılaşmaya əsasən Hindistan İrandan nefti dollarla deyil, öz milli malyutası olan rupi ilə alacaq.

Ödənişlər isə Hindistan Birləşmiş Kommersiya Bankı (UCO) və IDBI Bankı ilə ediləcək.

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi genişmiqyaslı sanksiyanın 2-ci hissəsi 5 noyabrda qüvvəyə minəcək. Yeni sanksiyada İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinin fəaliyyətinə məhdudiyyətlə qoyulacaq. Bu şirkətlərlə əlaqə yaradacaq digər ölkələrə də sanksiyalar qoyulacağı barədə daha öncədən xəbərdarlıq edilib.

Son xəbərlər
Bütün xəbərlər »