Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Zelandiyada çay insanlarla eyni haqqlara sahib olacaq
Yeni Zelandiyada bir çaya ölkə vətəndaşlarının sahib olduğu bütün haqlar verilərək yaşayan bir canlı olaraq qəbul edildi. Şimal Adasında yaşayan Maori qəbiləsi, ölkənin ən uzun üçüncü çayı Te Awa Tupua‘nın, onların atası olduğuna inanır və 140 ildir bu çayın canlı varlıq olaraq qəbul edilməsi üçün mübarizə aparırdı.

Keçən həftə Maori’nin canlı varlıq olaraq qəbul edilməsinin ardından yüzlərlə qəbilə üzvü bunu göz yaşları ilə qeyd etməyə başladı. Whanganui iwi qəbiləsinin hökümətlə danışıqlar aparan nümayəndəsi Gerrard Albert “Çaya bu münasibəti göstərməyimizin səbəbi ona atamız olaraq görməyimizdən irəli gəlir. Qanunların da bu inancımızı qoruması üçün mübarizə apardıq və bütün ölkənin çayı canlı varlıq olaraq görməsinə nail olduq” deyir.

“Çaya zərər verən qəbiləyə zərər vermiş sayılacaq”​

Te Awa Tupua çayının yeni statusuna əsasən, artıq ona zərər verən və ya pis niyyətlə istifadə edən qanun qarşısında qəbilə üzvlərinə zərər vermiş kimi mühakimə olunacaq.

Yeni Zelandiya hökümətinin naziri Chris Finlayson tarixin ən uzun məhkəməsinin nəhayət nəticələndiyini deyir. Finlayson qəbilə və kral ordusunun hər birindən bir nəfər olmaqla çayı qoruması üçün iki nəfərlik növbətçi qrupunun yaradıldığını deyir.

“Təbiətin sahibi deyil, bir hissəsiyik”

Gerrard Albert isə Maori qəbilələrinin özlərini dağlar, çaylar və dənizlərlə bir tutduqlarını və kainatın bir hissəsi olaraq gördüklərini qeyd edir. Bu məhkəmə qərarının digər qəbilələr üçün də əmsal olacağını düşünür.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »