Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Trump Tower Baku” təmirə bağlandı - Video

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyarder oğluna məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət, hündürlüyü 130 metr, 33 mərtəbədən ibarət “Trump Tower Baku” təmirə bağlanıb.

Bizimyol.info xəbər verir ki, 28 aprel 2018-ci ildə naməlum səbəblərdən yanan “Trump Tower Baku” bir neçə gün öncə təmirə bağlanıb.

Təmirlə bağlı məlumat əldə etmək istəsək də sözügedən binanın internet resurslarında qeyd olunan əlaqə nömrəsi (+99451 848 ** **) zənglərimizi cavablamayıb.

Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən nömrə Nicat Çərkəzzadə adlı şəxsə məxsusdur. Həmçinin həmin şəxsin sözügedən bina ilə heç bir əlaqəsi olmadığı da məlum olub.

Əməkdaşımızın qeydə aldığı görüntüləri oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »