Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntim fotoları ilə şantaj edilən qadın təqsirləndiriləni bağışladı
Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını şantaj edərək hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənElvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Samir Əliyevin sədrlik etdiyi kollegiya tərəfindən araşdırıır.

Prosesdə dövlət ittihamçısı çıxış edərək, E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş qadın çıxışında təqsirləndirilən şəxsi bağışladığını bildirib. O deyib ki, anası yuxusunda E.İsmayılovun oğlunu görüb: "Anam bu barədə mənə dedi. Söylədi ki, onun oğlu atasını istəyir. Mən də Elvini bağışlayıram. Ona yüngül cəza verilməsini tələb edirəm. Elvinin bütün xərclərini qarşılayacam".

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 26-da davam edəcək.

İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə Əfsanə Məmmədova (şərti ad-soyad) ilə tanış olub. Aralarında münasibət yarandıqdan sonra bir-birlərinə intim şəkillərini göndəriblər. Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacaq, onu biabir edəcəyi ilə hədələyib. Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib.

Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib. Üüzərinə baxış keçirilən zaman qadından aldığı 10 min manat aşkarlanıb. Məlum olub ki, Elvin Ismayılov daha əvvəl də bir neçə dəfə Əfsanədən xəstə olması, pulu ehtiyacı olması yalanları ilə pul alıb

Məhkəmədə E.İsmayılov özünü təqsirli bilmədiyini deyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »