Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitetdəki yanğında 9 nəfər zəhərlənib — FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi abituriyentlərin imtahan verməsinə mane olan yanğın haqda növbəti açıqlamanı yayıb.

Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, açıqlamada deyilir:

“Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (Onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb”.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.

Son xəbərlər
Bütün xəbərlər »