Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı iş adamı diri-diri basdırıldı
Moskvada azərbaycanlı iş adamı borcunu qaytarmadığı üçün diri-diri qəbiristanlıqda basdırılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.

H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qohumu 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini oğrulara verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.

Son xəbərlər
Bütün xəbərlər »