Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur müğənnilər bu günün Milli Musiqi Günü olduğunu bilirmi? - Sorğu
Bu gün Milli Musiqi Günüdür. Bu gün dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. 1995-ci ildə prezidentin fərmanı ilə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Bəs, görəsən məşhur müğənnilər bu günün Milli Musiqi Günü olduğunu bilirmi?

Bizimyol.info-nun əməkdaşı bu sualla məşhurlara müraciət edib. Cabaları təqdim edirik:

Əlikram Bayramov: “Mən Biləsuvardayam”

Tacir Şahmaloğlu: “Bu günün Azərbaycanda nə günü kimi qeyd olunduğunu bilmirəm”.

Vasif Məhərrəmli: “Bu gün Milli Musiqi Günüdür. Onu bilməyən səviyyəsizdir”.

Təranə Qumral: “Bu gün Milli Musiqi Günü kimi qeyd olunur. Bunu bilməyə nə var ki?”

Mətanət Əsədova: “Bu gün Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi Günüdür”.

Elza Seyidcahan: “1885-ci ilin bu günündə Üzeyir Hacıbəyov dünyaya gəlib. Ona görə də 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.

Manaf Ağayevin köməkçisi oğlu Elçin Ağayev: “Bu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.

Tünzalə Ağayeva: “Bu gün Milli Musiqi Günüdür”.

Əli Mirəliyev: “Bu gün böyük Üzeyir bəyin doğum günüdür və musiqi bayramı günüdür”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »