Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fikrət Qocanın oğlunu öldürən şəxslə bağlı qərar dəyişmədi
Ali Məhkəmədə Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirləndirilən Elnur Nəhmətovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bizimyol.info xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrlik ediyi kollegiyanın qərarı ilə prokurorluğun protesti təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürüldüyü müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, E.Nəhmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən E.Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »