Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı”
Arvadını aamansızılıqla öldürən şəxs məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı R.Feyziyevanı yaşadıqları mənzildə 16 bıçaq zərbəsi ilə qətlə yetirib.

R.Feyziyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və həyat yoldaşını namus üstündə öldürdüyünü söyləyib:

"Böyük oğlumuz və qızımız var. Amma o, bu yola düşdü. Onun qardaşına bu barədə demişəm. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. O mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, "get evdə komputeri aç, şəkillərim var". Müstəntiqdən soruşanda, oğlumun müştərisi olduğunu bildirdi. Sonra gedib evdə həmin şəxsin şəkilini tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? O, "yaxşı etmişəm" dedi. Mən də onu öldürdüm".

R.Feyziyev hadisə zamanı arvadına 4-5 bıçaq zərbəsi vurduğunu qeyd edib: "Tam olaraq yadımda deyil. Həmin zaman qızım da evdə idi. Ona mənə kontur almasını dedim. Qızım da evdən çıxandan sonra həyat yoldaşımı öldürdüm. Sonra gedib polisə təslim oldum. Yolda oğlum hara getdiyimi soruşdu. Dedim ki, "evə get, qayıdıram". Oğlum gələn ay hərbi xidmətə gedəcək".

O bildirib ki, sosial şəbəkədə kimlərsə onu şantaj edib: "Evimin ünvanına qədər yazırdılar. Gündə bir profillə mənə yazırdılar. Arvadımdan bu barədə soruşanda "bilmirəm" söylədi. Həmin şəxs qardaşıma da arvadımın şəkilini göndərib".

Qeyd edək ki, R.Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »