Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya yan alıb
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi-Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi-Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri Bakıya yan alıb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Son xəbərlər
Bütün xəbərlər »