Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdaşın Ləki qəsəbəsinin sakinləri yolu niyə bağladı? - Problem həll olunacaqmı? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi Ağdaş rayonunun Ləki qəsəbəsinin sakinləri mavi yanacaqlarının olmaması ilə bağlı etiraz aksiyası keçirdib və nəticədə onlar Bakı-Qazax magistralının Ağdaşdan keçən hissəsini kəsərək hərəkəti məhdudlaşdırıblar. Hadisə yerinə cəlb olunan polislər hərəkətin intensivliyini təmin etmək üçün sakinləri ərazidən uzaqlaşdırmağa çalışıb, lakin polislərlə sakinlər arasında insident yaşanıb.

Məsələ ilə bağlı Bizimyol.info Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusifzadə İsmayıl Faiq oğlu ilə əlaqə saxlayıb.

Bu barədə açıqlama verən Yusifzadə İsmayıl vətəndaşların başçı tərəfindən qəbul edildiyini, problemlərinin dinlənildiyini bildirib:

"Biz Yuxarı Ləki sakinlərini, etirazçı insanları qəbul etdik, onların problemi ilə maraqlandıq. Məlum oldu ki, onlar qazlaşma ilə bağlı problem yaşayırlar. Regionların Soisial İqtisadi İnkişafı dövlət proqramına əsasən həmin ərazilərin bir qismi qazlaşdırılıb, növbəti mərhələdə həmin ərazilər də mavi yanacaqla təmin ediləcək. Sakinlərimizin problemi daim bizim diqqət mərkəzimizdədir. Yaxın zaman ərazində onların da probleminin həll olunacağını düşünürük".

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə açıqlamasında Yuxarı Ləki sakinlərin problemlərinin növbəti il ərzində həllini tapacağını bildirib: 

"Ağdaş rayonunun Aşağı Ləki, Orta Ləki, Yuxarı Ləki adlandırılan əraziləri var. Aşağı Ləki qazlaşdırılıb. Orta Ləkidə hazırda qazlaşdırma işləri gedir. Əhalinin narazılığı olan ərazi Yuxarı Ləki kəndidir. Orda 542 fərdi ev var. Bu fərdi evlərin 402-si qazla təmin edilib. Əhalinin narazılığı geridə qalan hissədəndir ki, genişlənmə gedən evlərin qazla təminatı yoxdur.

Həmin ərazinin qazla təmin olunması üçün Regionların Soisial İqtisadi İnkişafı dövlət proqramına əsasən cənab prezidentin sərəncamı ilə hər bir inzibati rayon üzrə yaşayış məntəqələrinin adı göstərilməklə dövlət vəsaiti ayrılır. Ayrılmış dövlət vəsaitinə uyğun olaraq bölgələrin qazlaşma işləri aparılır. Lakin qeyd edildi ki, Yuxarı Ləkidə genişlənmiş hissədə əhalinin narazılığı olan ərazi üzrə qazlaşdırma işlərinin aparılması üçün dövlət proqramında bu il vəsait ayrılması nəzərdə tutulmayıb. Növbəti illərdə vəsait ayrılacaqsa qazlaşdırma işləri aparılacaq.

Eyni zamanda əhali öz hesabına da qazlaşdırma işlərini apara bilər. Bunun üçün ASAN xidmətə müraciət etməlidirlər. Texniki şərt verilməlidir. Onun əsasında müqavilə bağlanmalıdır. Daha sonra isə podratçı şirkət qazlaşdırma işlərini həyata keçirdir. Sayğac bütün hallarda "Azəriqaz" İstehsalat Birliyi hesabına ödənişsiz quraşdırılır".

Aləmdə Nəsib

Bizimyol.info

https://youtu.be/_bu1GkrA0e4

Son xəbərlər
Bütün xəbərlər »